AZ

Rəsmi xəbərdarlıq edildi - Bu köynəkləri qətiyyən geyinməyin!

Türkiyənin Ticarət Nazirliyi insan sağlamlığı üçün təhlükə yaradan məhsulların geri çağırılması ilə bağlı qərar qəbul edib.

Milli.Az xəbər verir ki, nazirlik "Caizen" markalı mavi rəngli kişi köynəyində normadan artıq qurğuşun olduğu üçün bu məhsulun satışını qadağan edib və bazardan geri çağırılmasını təmin edib.

Nazirlik yoxlamalarını davam etdirərək geyimlər, oyuncaqlar və uşaq geyimləri ilə bağlı xəbərdarlıq edib. Təhlükəli məhsullar haqqında məlumat GÜBİS ( Güvensiz Ürün Bilgi Sistemi) vasitəsilə yayımlanıb. Bu qərar 7223 Saylı Qanun və Kimyəvi Maddələrin Qeydiyyatı, Qiymətləndirilməsi, İcazəsi və Məhdudlaşdırılması haqqında Əsasnamə çərçivəsində qəbul edilib.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Seçilən
1
1
milli.az

2Mənbələr