Əlcəzairli hücumçu İslam Slimani yenidən Avropada top qovacaq.
Fanat.Az xəbər verir ki, 36 yaşlı futbolçu yaxın 6 ayda icarə müqaviləsi çərçivəsində Belçikanın "Vesterlo" klubunun rənglərini qoruyacaq.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun hüquqları Əlcəzairin "Beluizdad" klubuna məxsusdur.
"Transfermarkt" təcrübəli forvardın dəyərini 900 min avro qiymətləndirir.
O, əvvəllər “Monako”, “Olimpik Lion”, “Lester”, “Sportinq Lissabon” kimi klubların rənglərini qoruyub. Slimani həm də ölkəsinin milli komandasında böyük təcrübəyə malikdir. Belə ki, o, Əlcəzair millisinin heyətində 102 oyun keçirib və bu oyunda rəqiblərinə 47 qol vurub.
Mirağa