16 yanvar 2025-ci il tarixində dünya səhm bazarlarında mühüm dəyişikliklər qeydə alındı. Texnologiya, maliyyə və istehlak sektoru üzrə lider şirkətlərin səhmlərində artım və sabitlik müşahidə olunub.
SOCAR-ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb
FED.az xəbər verir ki, ən diqqətçəkən artım Tesla şirkətində olub. Elektrikli avtomobil sektorunda lider mövqeyini qoruyan Tesla-nın səhmləri gün ərzində 5,76% artaraq 452,80 dollara yüksəlib.
Digər tərəfdən, Amazon.com -in səhmləri də 3,21%-lik artım göstərərək 230,12 dollara çatıb. Şirkətin sürətli çatdırılma xidmətlərində innovativ yanaşmalarının bazar tərəfindən müsbət qiymətləndirildiyi bildirilib.
Bununla yanaşı, bəzi sektorlarda azalmalar diqqət çəkib. Johnson & Johnson səhmləri 1,03% azalaraq 143,48 dollara düşüb.
Aşağıdakı cədvəl, 16 yanvar 2025-ci il tarixində ən məşhur 10 şirkətin səhmlərindəki dəyişiklikləri əks etdirir:
Şirkət | Səhm Qiyməti (USD) | Gündəlik Dəyişiklik (%) |
Tesla | 452,80 | +5,76% |
Amazon.com | 230,12 | +3,21% |
Apple | 240,45 | +1,08% |
Microsoft Corp. | 429,58 | +0,77% |
Alphabet | 196,73 | +0,60% |
Meta Platforms | 618,84 | +0,28% |
NVIDIA Corp. | 134,89 | -0,99% |
Berkshire Hathaway | 455,12 | -0,74% |
Visa | 315,68 | -0,19% |
Johnson & Johnson | 143,48 | -1,03% |