«Şamaxı» qış transfer bazarında 7-ci keçidə imza atıb.
Əyalət təmsilçisi son olaraq Ukraynadan mərkəz müdafiəçisi gətirib.
Bu, Vladislav Veremeyevdir. Onunla ilyarımlıq (6 ay+1 illik) müqavilə imzalanıb.
«Şirlər» 26 yaşlı legionerə görə hər ay 4400 dollar ödəyəcək. Anlaşmaya əsasən, komanda Premyer Liqada qalarsa, kontrakt iynuda avtomatik olaraq 1 illik uzadılacaq.
Əks halda, tərəflər qarşılıqlı razılaşma əsasında yollarını ayıracaq. Heç bir təzminat tələbi irəli sürmədən.
Donetskli yerli «Olimpik»in yetirməsidir. Ölkəsində «Dnepr», «Çernomorets», «Zvezda», «Sumı» və «Skorık»ın formasını geyinib.
İndiyədək 3 ölkədə legioner həyatı yaşayıb. 2020-2021-ci illərdə Estoniyada «Nome Kalyu»nun şərəfini qoruyub. 2023-cü ili Latviyada - «Elqava»da keçirib.
Ötən ilin ilk yarısında Çexiyaya üz tutub və «Zemplin»lə müqavilə bağlayıb. Bura da elə oradan gəlib.
"Şamaxı" bu qış Cəlal Hüseynov, Murad Vəliyev, Vüsal Məsimov, Andrey-Kostin Tirkovaneu, Michael Thuique Dias Santos və Alfons Msanga Mabulanı da transfer edib.
SPORTİNFO.AZ