İslandiyanın ikinci ən böyük vulkanı Baurdarbunqa püskürmək ərəfəsindədir.
"Unikal" xəbər verir ki, İslandiya Meteorologiya İdarəsinin (IMO) məlumatına görə, vulkanda beş saat ərzində 130 zəlzələ baş verib. Bu, partlayış ehtimalının güclü əlaməti hesab olunur. Partlayış nəticəsində yaranan kül uçuşlara da təsir göstərə bilər.
Baurdarbunqa vulkanı üçün aviasiya xəbərdarlığı səviyyəsi "yaşıl"dan "sarı"ya qaldırılıb. Bu, normal fon səviyyələrindən yuxarı olan fəaliyyəti göstərir. Aviasiya rəng kodları pilotlara və aviasiya orqanlarına atmosferdə vulkanik külün mümkün olması barədə məlumat verir.
Qeyd edək ki, 2010-cu ildə baş verən partlayışdan sonra uçuşlar təxminən bir ay dayandırılıb və 10 milyon sərnişin zərər çəkib. Vulkan sonuncu dəfə 2014-2015-ci illərdə püskürüb.