Azərbaycan Mərkəzi Bankı (AMB) və Asiya İnkişaf Bankı (ADB) 2025-2029-cu illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini təqdim edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov ADB-nin ölkə üzrə direktoru xanım Sunniya Durrani-Camal ilə görüşüb. Görüş çərçivəsində Ölkə Tərəfdaşlıq Çərçivəsinin təqdimatı keçirilib, Azərbaycanın ADB ilə uğurlu tərəfdaşlığından məmnunluq ifadə olunub və əməkdaşlığın dərinləşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.