Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Asiya İnkişaf Bankının ölkə üzrə direktoru xanım Sunniya Durrani-Camal ilə görüşüb.
Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, görüş çərçivəsində Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin təqdimatı keçirilib.
Görüşdə Azərbaycanın AİB ilə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Müəllif: Bəkir Nərimanoğlu