AZ

Rusiya ilə razılaşma İranla 20 illik münasibətləri müəyyən edəcək - Səfir

Rusiya və İran arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi ölkələr arasında ən azı 20 il ərzində müxtəlif sahələrdə qarşılıqlı fəaliyyəti müəyyən edəcək.

Teleqraf.com xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib.

Səfirin sözlərinə görə, sənəd Moskva və Tehran arasında münasibətlərin hüquqi və konseptual əsasıdır.

“Sürətlə inkişaf edən, ölkələr arasında humanitar və əmtəə mübadiləsini təşviq edən müasir dünyada biz hüquqi bazanı mümkün qədər geniş və əhatəli etməliyik. Bu sənəd münasibətlərin bütün aspektlərini əhatə etməyə və xüsusilə iqtisadi, ticarət, enerji, pul-kredit, bank və investisiya sahələrində onlarla digər icraedici sazişlərin bağlanması üçün zəmin yaratmağa qadirdir”, - deyə Cəlali əlavə edib.

Xatırladaq ki, yanvarın 14-də Kremlin mətbuat katibi Dmitri Peskov yanvarın 17-də prezidentlər arasında danışıqların yekunlarına əsasən, Rusiya Federasiyası ilə İran arasında sazişin imzalanacağını bildirib.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
1
teleqraf.com

1Mənbələr