ABŞ Rusiyadan meşə yanğınlarını söndürmək üçün istifadə edilən və Kaliforniyada bu fəlakətlə mübarizəyə kömək edə biləcək on Be-200 amfibiya təyyarəsi almaq niyyətində idi, lakin Ukrayna bu sövdələşmənin qarşısını aldı.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O, 2017-2019-cu illərdə Rusiya və ABŞ-nin 10 təyyarənin tədarükü üçün müqavilə bağlamağa çalışdığını, lakin 2019-cu ildə Vaşinqtonun təyyarənin versiyasını almağa qərar verdiyini bildirib. Ukrayna tərəfi ayrıca sertifikatlaşdırma prosedurunu həyata keçirməkdən imtina edib və müqavilə yekunda heç vaxt icra olunmayıb.
Türkan İSGƏNDƏRLİ