AZ

HƏ...SƏN...

Həsən qardaşımın 25 yaşında nakam və vaxtsız itkisinə həsr olunur

Mən səni tanıyanda balaca, çəlimsiz, eynəkli uşaq idin. Qapqara qarışıq saçın, Böyük, SANKİ UZAQLARDA NƏSƏ AXTARAN qara gözlərin yadımdaDI... O GÖZLƏRƏ baxanda dərinlikdə itmək olurdu...anlaya bilmədiyim nəsə vardı o gözlərdə... Sanki yaşamadığın uşaqlıq, YAŞANMAYACAQ YENİYETMƏLİK, OLMAYACAQ GƏNCLİK qara gözlərin dərinliyində yox olurdu... bəlkə də qara taleyinin müjdəçisi idi bu qaranlıqlar...

Baxışlar kədərli, gözlərin dərin,

Nə çox fikrin varmış, nə çoxmuş dərdin??

Öldürdü bizləri bu müsibətin...

Hardasan?...Cavab ver Həsən qardaşım...

Söhbətimin mövzusu bu gün SƏNsən... HƏ.. SƏN...

2024-cü ilin son günləri... ilə qiymət verərkən qara rənglərdən başqa nəsə ağlımdan keçmədi. İlin tez bitməsini, növbəti ilin böyük ümidlərlə gəlişini, xoş günlərlə yadda qalacağına inanırdım.

O xoş günlərdən biri sənin TOYUN olacaqdı...

Amma 2024-cü ili tam qara rəngə boyadın, elə qaraya ki, GÖZLƏRİNİN RƏNGİNDƏ VƏ DƏRİNLİYİNDƏ OLDUĞU KİMİ ƏBƏDİ OLARAQ ANLAŞILMAYACAQ DƏRƏCƏDƏ İTİB sınıq-sınıq olub BATıb qaldıq...

31 dekabr - bayram günündə,

Yığışaq demişdin... süfrə başına...

Tutdun sən sözünü...yışışdıq amma...

Yola salmaq üçün... məzar başına.

Yoxluğunu dərk edəndə ağlımdan ilk keçən həyatın mənasının itirdiklərimizlə ölçüldüyünü anlamaq oldu. Əslində xoşbəxtlik doğmalarımızın yanında ola bilmək, əllərindən tutmaq, bağrımıza basmaq və... ÇAĞIRANDA CAVAB VERMƏK QƏDƏR İMİŞ...

Necə ki, çağıranda cavabsızlığınla o xoşbəxtlikdən bizi əbədi məhrum etdin... Hə..Sən

Hamıya yetirdin, çağırılan tək,

Gücündən artığın olurdun dəstək...

Nakam qaldı bizdə... arzular, istək...

Hardasan?... Cavab ver Həsən qardaşım...

O gündən hər gün hər saat səninlə həmsohbət oluram, söhbətdən qaçmaq istəsən də, həyatın kimi yarımçıq qoymaq istəsən də danışmaq istəyirəm səninlə...Səninlə VƏ sənsiz olan hər şeydən, hər andan...

Bəlkə bizim balaca sandığımız cüssəndə dünya qədər böyük ürəyindən danışaq HƏ..Sən..

Böyükdən-kiçiyə hamıya yanan, düşünən, hər kəs üçün döyünən amma səni yarıyolda qoyan ürəyindən...10 il bundan öncə baş vermiş qəzada itkini bilə- bilə agrı-acını hiss etdirmədən hamının yanında arxa/dayaq ola biləcək qədər güclü ürəyindən... heç kimə Anasızlığınla bağlı bir kəlmə demədən aglınla, böyüklüyünlə qazandığın hörmətə/ehtirama görə bəxtəvərlik oxutduğun Anan üçün gizlin-gizlin sızlayan ürəyindən...

Ana yox... dərdini deyib ağlasın...

Ata yox...deyəsən başın sağ olsun.

Bala yox... adını özü yaşatsın...

Hardasan?... Cavab ver Həsən qardaşım...

Hər sözünü kimisə incitməmək üçün ehtiyatla deməklə, ən xoş və ən çətin anlarda hər kəsin yanında olmağı bacaran ürəyindən...uşaqlıqdan qırıq, yarım, yaralı ürəyindən...

Bəlkə yarımçıq qalan arzularından danışım HƏ..SƏN..

KİMƏSƏ DEMƏDİYİN İÇİNDƏ SİRR KİMİ SAXLADIĞIN... VƏ SƏNSİZ HAMIYA AGAH OLAN ARZULARINDAN...

Kimsəsizlər üçün etmək istədiyin işlərdən, açacağın ehsan süfrələrindən, quracağın evlərdən...

Bəlkə yatağında yarıyumulu gözləri ilə səni axtaran, özündən çox sevdiyin, ayağa qaldırmaq istədiyin ANANDAN...

Bəlkə sevə bilmədiyin yarından, edə bilmədiyin toy-nişanından, qura bilmədiyin yuvandan...

Bacılar gözləyir, geri gələsən...

Səndə könül verib sevə biləsən,

Çalınmaz toyunu özün edəsən...

Hardasan?... Cavab ver Həsən qardaşım...

Bəlkə nəfəs aldığın, üstlərində əsdiyin, hər zaman üzlərini gulən görmək istədiyin... bu günsə əyilmiş qamətləri, solmuş bənizləri ilə sanki heç zaman gülməyəcək qədər üzülmüş doğmalarınla bağlı arzularından...

Danışılacaq o qədər məsələ var... sənsə cavabsız qoymusan bizi.. hamı hər yerdə çağırır-çığırır... HƏ...SƏN

Bir yerdə sakit qalırıq, uyuduğun gül-çiçəklə bəzənmiş son mənzilində ziyarətində... deyəcək sözümüz, verəcək sualımız, inanacaq gücümüz olmayan yerdə...HƏ...SƏN

Şəklindən gülümsəyərək baxırsan...hər şey yaxşıdır, salamatçılıqdır?! Soruşursan...

Salamatçılıqdır deyə cavabımız yoxdur BU DƏFƏ... Qırılan belimiz, quruyan dilimiz, yaşlı gözÜMÜZ, sönən işığımız, bağlı qapımız, yaralı ürəyimiz var...

Nə lazmdır soruşursan?!... dərmanımız?!.... HƏ...SƏN...

Amil

Seçilən
10
azpolitika.info

1Mənbələr