Hindistan Ermənistana 155 mm-lik “Trajan” yedəyə alınan haubitsalarını tədarük edəcək.
“Poliqon” “Indian Defence Research Wing” (IDRW) nəşrinə istinadən xəbər verir ki, “Trajan”ın Hindistan və Fransa tərəfindən birgə inkişaf etdirilməsi Ermənistanın bu haubitsaları seçməsinə yol açıb.
Qeyd edək ki, 155 mm-lik “Trajan” haubitsası Hindistanın “Larsen & Toubro” və Fransanın “KNDS France” (əvvəlki adı “Nexter Systems”) şirkətləri tərəfindən Hindistan Silahlı Qüvvələri üçün birlikdə hazırlanıb. İnkişaf prosesində Fransa haubitsanın ilkin dizaynı və texnologiya transferini təmin edib. Digər əsas alt sistemlər isə Hindistan tərəfindən hazırlanıb.
155 mm-lik haubitsanın ERFB-BB artilleriya mərmisi ilə atış məsafəsi 40+ km və aktiv-reaktiv mərmi ilə 55+ km təşkil edir. “Trajan”, 30 saniyədə 3, 3 dəqiqədə 12, 60 dəqiqədə isə 42 atəş açmaq qabiliyyətinə malikdir.