Yanvarın 8-də Kubada hərbi ləvazimatların olduğu anbarda baş verən partlayışdan sonra əlaqə saxlamaq mümkün olmayan 13 əsgərin həyatını itirdiyi təsdiqlənib.
"Cebheinfo.az" xəbər verir ki, Kuba Prezidenti Migel Diaz-Kanel verdiyi açıqlamada Holgin əyalətinin Melones bölgəsindəki anbarda baş verən partlayışda 13 əsgərin həyatını itirdiyini bildirib.
Hadisədən böyük ağrı hiss etdiklərini vurğulayan Kanel, "Qəhrəmancasına ölən zabit, kiçik zabit və əsgərlərimizin həlak olmasından dərin hüznlə kədərlənirik. Qəhrəmancasına ölən əsgərlərimizin ailələri və dostlarına dərin hüznlə başsağlığı veririk" deyib.
İnqilabçı Silahlı Qüvvələr Nazirliyinin (Minfər) verdiyi açıqlamada partlayışdan sonra gərgin cəhdlərə baxmayaraq, qəzanın baş verdiyi əraziyə çatmaq mümkün olmadığı bildirilib.
Məlumatda əsgərlərin ailələrinə başsağlığı verilib və hadisənin araşdırılacağı qeyd edilib.
Dövlət televiziyasının məlumatına görə, partlayışın mümkün səbəbi qurğuda qısaqapanma nəticəsində yaranan elektrik nasazlığı ilə əlaqələndirilib.