Bakı, TurkicWorld
Dekabrın 29-da Cənubi Koreyanın Muan hava limanında baş verən Boeing təyyarəsi qəzasının ilkin araşdırmaları mühərriklərdə quş tükləri və qan ləkələrinin aşkar edilməsi ilə diqqət çəkib.
TurkicWorld xəbər verir ki, Taylandın Banqkok şəhərindən uçan 7C2216 reysi, eniş zamanı zolaqdan çıxaraq beton divara çırpılıb və partlayış baş verib.
Belə ki, pilot idarəetmə qülləsinə təyyarənin quşla toqquşduğunu bildirmiş və hadisədən dörd dəqiqə əvvəl fövqəladə vəziyyət elan etmişdi. Təyyarənin quyruq hissəsindən toxunulmamış qalan iki ekipaj üzvü sağ olaraq xilas edilib.
Qeyd edək ki, bu faciə, Cənubi Koreyanın aviasiya tarixində ən ağır hadisələrdən biri kimi qiymətləndirilir. Qəzada 179 nəfər həyatını itirib. Mühərriklərdə quş tükləri və video görüntülərdə quşların vurulmasını təsdiq edən dəlillər müstəntiqlərin diqqət mərkəzindədir.