AZ

Pezeşkian Rusiyaya getdi

İran Prezidenti Məsud Pezeşkian Moskvaya rəsmi səfərə gedib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Pezeşkianın Rusiya dövlət başçısı Vladimir Putinlə danışıqlar aparacağı, daha sonra prezidentlərin Moskva və Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini imzalayacağı planlaşdırılır.

Qeyd edək ki, İran prezidentini Rusiya energetika naziri Sergey Tsivilevin rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb.

Seçilən
1
axar.az

1Mənbələr