"Barselona"nın sabiq hücumçusu Jerar Deulofeu azad agent olub.
Fanat.Az xəbər verir ki, 30 yaşlı ispaniyalı İtaliyanın "Udineze" klubundan ayrılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər razılığa əsasən əməkdaşlığa son qoymaq qərarına gəliblər. Deulofeu son iki ildə futbol oynamayıb. O, çarpaz bağın yırtılmasını səbəbindən yaşıl meydanlardan uzaq düşüb. Həmin əməliyyatından sonra onda qığırdaq infeksiyası yaranıb.
Deulofeu “Udineze”dən başqa, “Milan”, “Barselona”, “Everton”, “Uotford” və “Sevilya” kimi komandalarda çıxış edib. O, "Barselona"nın yetirməsidir.
Mirağa