AZ

Ağdamda yaşayış binalarının tikintisinə 100 milyondan çox - PUL XƏRCLƏNƏCƏK

Ağdam, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi, Ağdam şəhərinin 4 nömrəli yaşayış massivində çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi ilə bağlı üç ədəd iri tender elan edib.

“Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi” yaradılır - 3 MİLYON MANATLIQ TENDER

FED.az xəbər verir ki, tenderlər 1-dən 6-cı məhəllələri əhatə edir və hər biri yüksək büdcə ilə həyata keçirilməsi planlaşdırılır. 

Birinci və ikinci məhəllələrdə binaların tikintisi üçün 42,5 milyon manat ayrılıb, üçüncü və dördüncü məhəllələr üçün bu rəqəm 21,8 milyon manat təşkil edir. Beşinci və altıncı məhəllələrin inşası isə təxminən 42,9 milyon manatlıq büdcə ilə nəzərdə tutulub. 

Təkliflərin son təqdim olunma tarixi və vaxtı və zərflərin açılış tarixi və vaxtı 31.01.2025 saat 18:00  olaraq müəyyən edilib.

Seçilən
10
fed.az

1Mənbələr