AZ

Agentlik: Ötən il çətin həyat şəraitində yaşayan 45 nəfərə xidmət göstərilib

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin "Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslərin sosial reabilitasiya şöbə"sində 45 nəfərə xidmət göstərilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, müəssisəyə qəbul olunanlar 180 gün ərzində xidmətlərlə təmin olunurlar:

"Bu müddətdə də sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, günlük olaraq qida normaları əsasında üç dəfə yemək, iki dəfə qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər".

Eyni zamanda bildirilib ki, müəssisəsədə ötən il 215 nəfərə xidmət göstərilib.

Seçilən
27
1
report.az

2Mənbələr