Ukrayna Rusiyaya qarşı münaqişədə məğlub olsa, bu, Qərbin buna yol verməsi və özünün uğursuzluğu ilə əlaqədar olacaq...
Poliqon xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş baş komandanı, istefada olan general-leytenant Ben Hoces "Der Spiegel" jurnalına verdiyi müsahibəsində bildirib.
"Əgər Ukrayna uğursuzluğa düçar olsa, bu, bizim buna yol verməyimiz, uğursuzluğumuz səbəbindən baş verəcək. ABŞ, Almaniya, Fransa və Böyük Britaniya anlamalıdır ki, Ukraynanın qalib gəlməsi, Rusiyanı dayandırması və onu 1991-ci il sərhədlərinə qədər geri çəkməsi onların strateji maraqlarına uyğundur", deyə Hoces qeyd edib.
Həmçinin, o, münaqişənin genişlənməsi risklərinə diqqət çəkərək, bunun enerji və ərzaq təhlükəsizliyini təhdid altına qoyacağını vurğulayıb. General əlavə edib ki, Çin Ukraynada baş verən münaqişə zamanı Qərbin addımlarını yaxından izləyir:
"Onlar bizim suverenlik, beynəlxalq hüquq, insan hüquqları və beynəlxalq qaydalara nə dərəcədə ciddi yanaşdığımızı diqqətlə izləyirlər".
Poliqon.info