AZ

YAP xalqın etimadını növbəti dəfə də qazanacaq -Fotolar



Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gədəbəy rayonu, Kiçik Qaramurad bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Gədəbəy rayon təşkilatının sədr müavini Zaur Mehdiyev bildirib ki, qarşıdan gələn bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının xalqın inamını və etimadını növbəti dəfə qazanacağı mühüm bir mərhələ olacaq.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Pərviz Bayramov, Tural Topçuyev, Rövşən Qasımov, Xəyyam Vəliyev və bələdiyyə üzvlüyünə namizədlər Kərəm Məmmədov, Əmrah Əliyev, Afət Əmiraslanova, Valeh İsayev, Rövşən İmamquliyev və Məhəmməd İmamquliyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat veriblər.

Onlar seçiciləri yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, Kiçik Qaramurad bələdiyyəsi üzrə YAP-ın namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.




Seçilən
1
aia.az

1Mənbələr