AZ

Ötən il Ombudsmana sosial problemlərlə bağlı 2832 müraciət edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “916” Çağrı Mərkəzinə 2024-cü il ərzində sosial məsələlərlə bağlı 2832 müraciət və şikayət daxil olub.

AzPost xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi hesabatda bildirirlir.

Belə ki, ünvanlı dövlət sosial yardımı ilə bağlı 1225, əlilliyin müəyyən edilməsi ilə bağlı 602, veteranlıqla bağlı 192, pensiya məsələləri ilə bağlı 199, maddi yardımla bağlı 169, müavinətlə bağlı 73, mənzil məsələləri ilə bağlı 137, əmək mübahisələri ilə bağlı 235 müraciət daxil olub.

Ümumilikdə sosial məsələlərlə bağlı 2832 müraciət və şikayət qeydə alınıb.

Seçilən
28
1
azpost.info

2Mənbələr