AZ

Blinken jurnalistlər tərəfindən soyqırımçı adlandırılıb

ABŞ-nin Dövlət katibi Antoni Blinken jurnalistlər tərəfindən soyqırımçı adlandırılıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, onun belə adlandırılmağında səbəb Qəzzada baş verən hadisələrlə bağlı çıxış edən zaman səsləndiriyi radikal fikirlər olub.

Onun fikirlərinə etiraz edən jurnalistlərdən biri polis tərəfindən zor tətbiq edilərək konfrans otağından çıxarılıb.

Hadisədən sonra çıxışına davam edən Blinkenin ABŞ-nin Qəzzadakı soyqırımı dəstəkləməsinə dair fikrinə başqa bir jurnalist tərəfindən etiraz edilib.

Əli Hüseynov

Seçilən
3
bakivaxti.az

1Mənbələr