AZ

Cənubi Koreyada təyyarə qəzasıyla bağlı maddi sübutlar tapılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Cənubi Koreyada qəzaya uğrayan "Jeju Air" aviaşirkətinin təyyarəsinin mühərriklərində quş lələkləri tapılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "MBN" telekanalı məlumat yayıb.
Xəbərə əsasən, sərnişin təyyarəsinin hər iki qanadaltı mühərriklərində bütöv quş lələkləri və fraqmentlər tapılıb. Telekanal buna əsaslanaraq təyyarəyə quşların çırpılması versiyasının tam təsdiqləndiyi qənaətinə gəlib.
Qəzanın səbəblərini araşdıran komissiya, həmçinin lələklər və qan ləkələri də daxil olmaqla 17 nümunənin tədqiqatını aparan bioloji instituta müraciət edib.
Bundan əvvəl "Jeju Air" təyyarəsinin hər iki "qara qutu"sunun təyyarə hava limanının beton hasarına çırpılmasına 4 dəqiqə qalmış qeydiyyatı dayandırdığı məlum olub. Həmin vaxt təyyarənin pilot kabinəsində diktofonlar da işləməyi dayandırıb.
Xatırladaq ki, dekabrın 29-da Banqkokdan uçan "Jeju Air" aviaşirkətinin "Boeing 737" təyyarəsi Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayıb. Eniş zamanı layner uçuş-eniş zolağından kənara çıxıb və beton hasara çırpılıb, daha sonra partlayıb. Hava gəmisi demək olar ki, tamamilə məhv olub. Qəzanın ilkin səbəbi kimi quşlarla toqquşma nəticəsində şassi sisteminin sıradan çıxması göstərilib.
Seçilən
27
50
oxu.az

10Mənbələr