AZ

İbrahim Əhmədov: “İnsan alverinə qarşı maarifləndirmə və sosial platformaların rolu artırılmalıdır”

QHT.az xəbər verir ki, "İnsan alverinə qarşı mübarizə: mövcud vəziyyət və gözləntilər" mövzusunda keçirilən ictimai müzakirədə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi İbrahim Əhmədov geniş fikir mübadiləsi aparıb.

Çıxışında İbrahim Əhmədov insan alverinə qarşı mübarizədə maarifləndirmənin və sosial platformaların düzgün istifadəsinin vacibliyini vurğulayıb:

“Regionların kənd yerlərində belə insan alveri ilə bağlı məlumatlılıq azdır. Sosial platformalardan daha çox istifadə etməliyik. İnsan alveri ilə bağlı qısametrajlı filmlər çəkilir, lakin onların cəmiyyətə təbliği yetərli deyil. Bu filmləri paylaşaraq maarifləndirməni genişləndirmək mümkündür.”

İ.Əhmədov, həmçinin məktəblərdə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb:

“Belə müəssisələrdə tədbir keçirmək sahibkarların icazəsi olmadan mümkün deyil. Əvvəllər monitorinqlər keçirilirdi, lakin indi bu istiqamətdə yeni yanaşmalara ehtiyac var.”

O, insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin və maarifləndirmə tədbirlərinin əvəzsiz rolunu xüsusi vurğulayıb. Tədbirdə digər çıxış edənlər də mövzunun aktual problemlərinə toxunaraq təklif və tövsiyələr səsləndiriblər.

 

Seçilən
20
qht.az

1Mənbələr