Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı və Nazirlər Kabinetinin qərarı ilə Gürcüstan səfirliyi üçün yeni binanın inşası məqsədilə torpaq sahəsi ayrılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın X iclasında deyib.
Onun sözlərinə görə, Gürcüstanın baş naziri İrakli KobaxidzeninAzərbaycana səfər çərçivəsində həmin torpaq sahəsinə baxış keçirməsi planlaşdırılıb.
“Torpaq sahəsi Bakının mərkəzində, şəhərin ən gözəl yerlərindən birində yerləşir”, - Ə.Əsədov vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın Azərbaycandakı səfirliyi hazırda Bakının Nərimanov rayonu, Yaşar Hüseynov küçəsində yerləşir.
Müəllif: Cəmilə Babayeva