ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı deputatı Co Vilson Ermənistanla ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq sənədini alqışlayıb.
“Bizim Qafqazı ümumbəşəri sülh və rifah əsasında yenidən güclü etmək imkanımız var. Bunun üçün bizə Azərbaycan və Ermənistan xalqları arasında sülh sazişi lazımdır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Co Vilson Ermənistanla ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq sənədindən danışarkən deyib.
“Mən bilirəm ki, Donald Tramp Yaxın Şərqə sülh gətirdiyi kimi, Qafqazda da eyni şeyi edəcək”, - ABŞ-ın respublikaçı konqresmeni “X” şəbəkəsindəki mikrobloqunda yazıb.