"Bayer"in(Leverkuzen) futbolçusu Florian Virtz Almaniya Bundesliqasında dekabrın ən yaxşı futbolçusu adına layiq görülüb.
Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi dekabrda Almaniya çempionatının üç matçda iştirak etmişdi. O, bu görüşlərdə 3 qol, 3 asistlə yadda qalıb.
Almaniyalı futbolçu səsvermədə Coşua Kimmix ("Bavariya"), Camal Musiala ("Bavariya"), Miçel Vayzer ("Verder"), Nik Voltemade ("Ştutqart") və Pol Nebeli ("Maynts") geridə qoyub.
Qeyd edək ki, Virts Bundesliqada bu mövsüm 17 matça çıxıb, 7 qol vurub, 7 asist ötürmə edib.
saytlarin hazirlanmasi