Görkəmli iqtisadçı olan kanadalı Mark Karni qlobal maliyyə böhranından sonrakı ilk illərdə - 2008-2013-cü illərdə - Kanada Bankının rəhbəri postunututub. 2013-cü ildən 2020-ci ilə qədər isə İngiltərə Bankının rəhbəri vəzifəsində çalışıb ki bu da “Brexit”lə bağlı mübahisəli illəridə olub.
“Mən bir çox böhranların həllində və iki iqtisadiyyatın xilas olunmasında iştirak etmişəm. Mən biznesin necə işlədiyini və onu sizin üçün necə işlədəcəyimi bilirəm”,– Karni doğma şəhəri Edmontonda namizədliyini irəli sürərəkən deyib.
Maraqlıdır ki, Karni son bir neçə ay ərzində Trüdonun iqtisadi müşaviri vəzifəsində çalışsa da, indi keçmiş baş naziri iqtisadi sahədəki idarəçiliyinə görə tənqid etməyə başlayıb.
- Mən Kanadada “Liberal” Partiyasında baş nazirin və onun komandasının iqtisadiyyatdan tez-tez yayındığını düşünən yeganə adam deyiləm”,- sabiq bankir vurğulayıb.
Ağsaqqal Trampı söhbətə çağırdı: "Özünəgəl!" |
Anası ukraynalı olan Xristya Friland universitetdə Rusiyanın və bütün regionun tarixini öyrənib, Ukraynada jurnalist kimi çalışıb, baş nazirin müavini və maliyyə naziri kimi Kiyevə yardımında və Rusiyaya qarşı sanksiyaların tətbiqində mühüm rol oynayıb.
Sahil İsgəndərov
AzVision.az