Rusiya dövləti tərəfindən “müstəqil dövlət” kimi tanınmış separatçı “Abxaziya Respublikası”nın de-fakto “prezident” seçkilərində səs vermək üçün Türkiyənin Sakarya (Adapazarı) şəhərində seçki məntəqəsi açılacaq.
Hafta.az xəbər verir ki, Gürcüstanın “SOVA” nəşri bu haqda “Exo Kavkaza” kanalına istinadla məlumat yayıb.
Qondarma “Mərkəzi Seçki Komissiyası”nın sədri Dmitri Marşanın sözlərinə görə, seçki məntəqəsinin İstanbulda deyil, Sakaryada açılması qərarı “hakimiyyətin diqqətini cəlb etməmək” üçün verilib.
Əvvəllər İstanbulda de-fakto seçki məntəqələri açılsa da, onların işi müəyyən problemlərlə müşayiət olunub.
Fevralın 15-də Moskva və Çerkesskdə də seçki məntəqələri açıq olacaq. Kabardin-Balkarda məntəqə açmaq tələbi yerinə yetirilməyib.