Böyük Britaniyanın baş naziri Key Starmer Ukraynanın paytaxtı Kiyevə səfəri çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Turkustan.az xəbər verir ki, ikili 100 illik Tərəfdaşlıq Müqaviləsini imzalayarkən, Starmer vaxtı gələndə Ukraynaya təhlükəsizlik zəmanəti veriləcəyini bildirib.
Starmer deyib: "Biz üzərimizə düşəni edəcəyik. Mən açıq şəkildə bildirmək istəyirəm ki, müttəfiqlərimizlə atılan addımlar Ukraynanın sülhünü təmin etmək üçün kifayət edəcək".
Starmer həmçinin, "Sülh müzakirəsi ancaq sözdə qalmamalı, hərəkətə çevrilməlidir. Bu səbəbdən deyirəm ki, vaxtı gələndə Ukraynanın təhlükəsizliyini təmin etmək üçün üzərimizə düşəni edəcəyik"-deyə, bildirib.
Son olaraq Starmer Ukraynaya son zamanlarda ehtiyac duyduğu hava hücumundan müdafiə sistemləri ilə kömək edəcəklərini açıqladı. Starmer Almaniya və Danimarka hökumətləri ilə ortaq şəkildə Ukraynaya yeni hava hücumundan müdafiə sistemi göndərəcəklərini də bildirib.
Aytən Yaşar/ Turkustan.az