Bu gün tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfat etməsinin 1-ci ildönümüdür.
Modern.az-ın məlumatına görə, mərhum jurnalist 17 yanvar 2024-cü il tarixində 54 yaşında dünyasını dəyişib.
Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi.
O, 1990-cı illərdən mətbuata gəlmişdi. Jurnalist “525-ci qəzet”, “Azərbaycan”, "Yeni Müsavat" qəzetləri ilə əməkdaşlıq edib.
Səbuhi Məmmədli son 10 ildə "Lent.az" saytında çalışıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta