Bu il Azərbaycan ənənəvi olaraq bir sıra mötəbər beynəlxalq yarışa ev sahibliyi edəcək.
İdman.biz xəbər verir ki, azarkeşləri gimnastikanın növləri üzrə Dünya kubokları, cüdo üzrə "Böyük Dəbilqə", Formula 1 və bir çox başqa yarışlar gözləyir.
Onlardan bəzilərini təqdim edirik:
14-16 fevral
Cüdo üzrə "Böyük Dəbilqə"
22-23 fevral
Batut və tamblinq üzrə Dünya kuboku
6-9 mart
İdman gimnastikası üzrə Dünya kuboku
18-20 aprel
Bədii gimnastika üzrə Dünya Kuboku
13-15 iyun
Akrobatika üzrə Dünya kuboku
19-21 sentyabr
Formula 1 Azərbaycan Qran Prisi
9-11 noyabr
Aerobika üzrə yaş qruplarında Avropa yarışları
14-16 noyabr
Aerobika üzrə Avropa çempionatı
MDB Oyunları
(tarixlər dəqiqləşəcək)
MDB Oyunları 14 şəhərdə keçiriləcək: Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Goranboy Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər. Multiforum 22 idman növü üzrə keçiriləcək.
III MDB Oyunları coğrafiyasına və növlərin sayına görə ölkəmizdə keçiriləcək ən böyük yarış olacaq.
İdman.biz