AZ

Azərbaycanın quru sərhədləri fəaliyyətini tam bərpa edib? - DSX-dan AÇIQLAMA

Azərbaycanın
Sosial şəbəkələrdə "Qırmızı Körpü" gömrük-sərhəd buraxılış məntəqəsindən vətəndaşların gediş-gəlişinin bərpa olunduğuna dair paylaşımlar yer alır. Bəs görəsən quru sərhədlərdən vətəndaşların gediş-gəlişinə icazə verilir? Hansı halda vətəndaşlar quru sərhədlərdən istifadə edə bilərlər?
Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət sərhədindən buraxılış məntəqələri Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq fəaliyyət göstərir. “Əcnəbilər ölkə ərazisinə gələn zaman hava yolundan istifadə etməlidirlər, ölkə ərazisini tərk etdikləri zaman isə heç bir məhdudiyyət qoyulmur” – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun imzaladığı "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında" qərara əsasən, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə karantin rejiminin müddəti aprelin 1-i saat 06:00-dək uzadılıb.

Seçilən
1
2
1news.az

3Mənbələr