Brent markalı neftin qiyməti və valyuta məzənnəsindəki dəyişikliklərlə Türkiyədə vətəndaşlar benzin və dizel qiymətlərini izləməyə davam edir.
News24.az NTV-yə istinadən xəbər verir ki, sabahdan etibarən Türkiyədə benzin qiymətlərinin 91 kuruş artacağı gözlənilir.
Dizelin qiymətində isə dəyişiklik gözlənilmir.
Hazırda qiymətlər belədir:
Dizel 47,29 TL (2,26 AZN)
Benzin isə 45,33 TL (2.17 AZN)
Günel Məlikzadə