20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri aparılır.
“Qafqazinfo” xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən cari təmir, abadlıq işləri görülür. Həmçinin ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub.
Hazırda xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da bu gün hazırlıq prosesi ilə tanış olmaq üçün əraziyə baş çəkib və göstərişlərini verib.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
Əməkdaşımız Xəyal Vəlizadənin Şəhidlər xiyabanında hazırlıq prosesindən lentə aldığı fotoları təqdim edirik: