ASTA-nın himayəsinə keçən Mingəçevir futbolunda ciddi islahatlar gözlənilir.

Rekord.az xəbər verir ki, yeni rəhbərliyin əsas hədəflərindən biri də yeni infrastrukturun qurulmasıdır.

Təbii ki, belə olan halda, ağla ilk gələn stadion məsələsidir. Əksəriyyət Mingəçevirdə yeni stadionun tikiləcəyini düşünsə də, əldə etdiyimiz məlumata görə, ilkin mərhələdə ASTA-nın belə planı yoxdur. Amma hazırkı şəhər stadionunun əsaslı təmiri planlaşdırılır. 3 il ərzinə yenilənəcək stadionun tamaşaçı tutumu 5 min olacaq.