Bakı. Trend:
Azərbaycan və Gürcüstanın birgə meqalayihələri uğurlu regionaləməkdaşlığın nümunəsidir və Cənubi Qafqazın transformasiyasınaxidmət edir.
Trend xəbər verirki, bunu Azərbaycanın baş naziri Əli Əsədov Gürcüstan və Azərbaycanarasında İqtiasdi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın10-cu İclasının açılışında bildirib.
Onun sözlərinə görə, bu layihələr regionun enerji və nəqliyyatxəritələrini dəyişib.
“Xüsusilə Cənub dəhlizini qeyd etməyə dəyər. Bizim ölkələr bustrateji layihənin həyata keçirilməsində vacib rol oynayır. SOCARşirkəti Gürcüstan bazarına qaz tədarükünü davam etdirir. Neftsektorunda da əməkdaşlıq uğurlu şəkildə davam etdirilir.Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ötən il 30 milyon tona yaxınneft nəql olunub. Kulevidə yerləşən terminalla və yaxınlıqdayerləşən neft-emalı zavodu ilə əməkdaşlıq məsələsi aktualdır. Artıqmüqavilə imzalanıb, və yaxın gələcəkdə xam neftin və neftməhsullarının Kulevi terminalından nəqlinə başlanacaq”, - obildirib.
Ə.Əsədov həmçinin bildirib ki, Azərbaycan və Gürcüstan birgəşəkildə Avropaya “yaşıl enerji” körpüsü tikməkdədir. "Qara dənizdənsualtı enerji naqilinin çəkilməsi layihəsi Azərbaycanda,Gürcüstanda, Rumıniyada və Macarıstanda həyata keçirilir. Bu layihəAvropanın enerji təhlükəsizliyi baxımından vacib faktordur”, - deyəƏli Əsədov bildirib.