AZ

“Rusiyanın üzərindən sanksiyalar götürüləcək” – Orban əmindir

Macarıstan əmindir ki, Rusiya - Ukrayna müharibəsi başa çatdıqdan sonra Qərb Rusiyaya qarşı sanksiyaları ləğv edəcək və onunla normal münasibətlər quracaq.

“AzPolitika” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban yerli radiostansiyanın səhər proqramındakı çıxışı zamanı deyib.

O, 2025-ci ilin perspektivlərindən danışaraq qeyd edib: “Ən əsası odur ki, dəyişmiş vəziyyətlə əlaqədar olaraq, ilk növbədə, müharibə, sülh və sanksiyalar məsələlərində yeni dövr başlayacaq. Sanksiyalar pəncərədən çölə atılacaq, Rusiya ilə sanksiyasız münasibətlər sistemi qurulacaq”.

Eyni zamanda, Orban vurğulayıb ki, hələ bunun üzərində işləmək lazımdır. Çünki Avropa İttifaqı liderləri öz mövqelərini dəyişməyiblər və indiyədək guya Ukraynada müharibənin davam etdirilməsinin tərəfdarıdırlar: "Ancaq bu keçəcək".

“AzPolitika.info”

Seçilən
7
azpolitika.info

1Mənbələr