AZ

Haaland 10 il daha "Mançester Siti"də qalacaq

"Mançester Siti" futbolçusu Erlinq Haaland ilə müqaviləsini yeniləyib.

Apasport.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb.

24 yaşlı hücumçunun yeni sözləşməsi 2034-cü ilin yayınadək nəzərdə tutulacaq.

Norveçli forvardın hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalı idi.

Yeni müqavilədən əvvəllər qüvvədə olan bütün satın alma bəndləri çıxarılıb. Həmçinin Haalandın maaşı klubda ən yüksək maaş olacaq. Bunun idman tarixinin ən bahalı müqavilələrindən biri olduğu qeyd edilib.

Qeyd edək ki, Erlinq bu mövsüm klubda bütün turnirlərdə 28 oyun keçirib, 21 qol vurub və 1 qolun ötürməsini verib. "Transfermarkt" portalına görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.

Virtz ən yaxşı seçildi

Fransa kubokunda 1/8 finalın püşkü atılıb

Mbappe Benzemaya çatdı

“Beşiktaş”a norveçli baş məşqçi - İstanbula gəlir

Kral Kuboku: "Real Madrid" "Selta"nı 5 qolla keçdi

Seçilən
5
apasport.az

1Mənbələr