AZ

Səhər yeməyində verilən bu iki qida ölümə aparır - DİQQƏT!

Səhər yeməyində kolbasa və sosis kimi emal edilmiş ətlərdən istifadə bağırsaq xərçəngi yarada bilər.

Milli.Az xəbər verir ki, bu məhsulların sağlamlığa təhlükələri elm adamları tərəfindən dəfələrlə vurğulanıb.

Emal olunmuş ətlər, kolbasa, sosiska yüksək miqdarda duz, nitrit və nitrat tərkibli olduğu üçün xərçəng, ürək xəstəlikləri və şəkərli diabet kimi ciddi xəstəliklərin riskini artırır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2015-ci ildə işlənmiş ətlərin xərçəngə səbəb ola biləcəyini açıqlamış və onları "1-ci qrup" kanserogen maddələr kimi təsnif etmişdi.

Elmi araşdırmalar göstərir ki, gündəlik 50 qram işlənmiş ət istifadəsi kolorektal xərçəng riskini 18%, ürək xəstəlikləri riskini 42% və II tip diabet riskini 19% artırır. Bu məhsullar həmçinin qan təzyiqinin yüksəlməsi, damar tıxanması və obezite kimi əlavə sağlamlıq problemlərinə də yol açır. 2013-cü ildə aparılmış araşdırmalar işlənmiş ətlərin demensiya və Alzheimer xəstəliyi ilə əlaqəli ola biləcəyini də ortaya qoyub.

İşlənmiş ətlərdən müntəzəm istifadənin sağlamlıq üzərindəki ciddi fəsadları nəzərə alınaraq, bu qidaların istehlakının məhdudlaşdırılması tövsiyə olunur.

İsmayıl
Milli.Az

Seçilən
1
milli.az

1Mənbələr