1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin "Ankaragücü" klubu Azərbaycan millisinin futbolçusu Renat Dadaşov ilə yollarını ayıra bilər.
Oxu.Az "Viralspor" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi müqaviləsi davam edən 8 legionerdən ən azı üçü ilə vidalaşmaq niyyətindədir.
Bunlar Stelius Kitsiu, Niko Şults, Renaldo Kephas, Rikkardo Saponara, Riad Bayiç, Kevin Varqa, Renat Dadaşov və Dorin Rotariodur.
R.Kephasın baş məşqçi Kemal Özdeşin planlarına daxil olduğu bildirilib. N.Şults isə özü vidalaşmaq istəməsə, heyətdə qalacaq. Bundan əlavə, mütəxəssis D.Rotario və S.Kitsiu ilə bağlı da müsbət rəy verib.
Digər dörd futbolçunun taleyinə isə I Liqada bu gün "Şanlıurfaspor"a qarşı keçiriləcək matçdan sonra aydınlıq gələcək.
Qeyd edək ki, Renat Dadaşov ötən ilin yayında "Ankaragücü"nə keçib.