Yeni sponsoruna qovuşan “Mingəçevir”də islahatlar başlayıb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub heyətini gücləndirmək üçün işlərə start verib.
Hazırda baxışa 10-a yaxın futbolçu cəlb olunub. Onlar komandanın düşərgəsində birgə məşqlər keçirlər.
Həmin oyunçuların hamısı yerli futbolçulardır. Əksəriyyəti Mingəçevir futbol məktəbinin yetirmələridir.
Aralarında “Qəbələ” akademiyasının üzvü də yer alır. Onlarla bağlı qərar növbəti həftələrdə veriləcək.
Xatırladaq ki, “Mingəçevir”lə Azerbaijan Sport Talents Academy (ASTA) arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Qeyd edək ki, I Liqanın ikinci hissəsinə yanvarın 29-da start veriləcək.
Qaldığımız yerdən: “Qarabağ” “Şamaxı”ya qarşı - YENİLƏNİR
Nəriman və Musa Juninyonun yoxluğunu unutdura biləcək - Müsahibə
Zamiq Əliyev: "Ümidvaram ki, vurduğum qolun ardı gələcək" - AÇIQLAMA
"Qəbələ" yoxlama oyunu keçirəcək
Renat üçün Almaniya variantı - Mahir Emreli ilə komanda yoldaşı ola bilərmiş