AZ

"Məhkəmə qaydasında davam edir, tərcüməçilər peşəkardır" - Zərərçəkmişlər danışır

"Məhkəmə prosesi ədalətli, obyektiv keçir. Proses hələ davam edir. Mən Cəbrayıl rayonunda polis işləmişəm. 1991-ci ilin 21 avqustunda tank əleyhinə minaya düşmüşəm. Hadisə nəticəsində bizim olduğumuz avtomobildə 2 nəfər vəfat edib, 5 nəfər isə xəsarət alıb. Məhkəmənin nəticəsi hakimin verdiyi qiymətdən asılıdır".

Teleqraf.com xəbər verir ki, bu sözləri Bakı Məhkəmə Kompleksində Harutyunyan Arayik Vladimirin cinayət işində zərər çəkmiş qismində tanınan Cəbrayıl rayonunun sakini Rza İbrahimov bildirib.

Cəbrayıl rayonundan olan digər zərərçəkmiş Nail Həsənov məhkəmə ilə bağlı belə deyib: "Cəbrayıl rayonunun Mehdili kənd sakiniyəm. Hələ ki ilkin dindirilmə prosesi gedir. Məhkəmə bu gün başlayıb. Çox güman ki, növbəti mərhələdə mən də, digər zərərçəkənlər də dindiriləcək. Məhkəmə çox obyektiv keçir, yüksək səviyyədə təşkil olunub. Hesab edirəm ki, belə ədalətli şəkildə də davam edəcək. Hələ ki anket məlumatları soruşuldu. Tərcüməçilər peşəkar işləyir. Heç bir narazılıq yaranmadı. Təqsirləndirilən şəxslər vəkil və tərcüməçi ilə təmin olunublar".

Xocalıdan olan zərərçəkmiş Nazim Hüseynov Birinci Qarabağ müharibəsi iştirakçısı olduğunu deyib: "Qətliamda həlak olan şəxslərin meyitlərinin geri alınmasında da iştirak etmişəm. Vəhşilkiləri görmüşəm, insanların dərisinin soyulmasının, başlarının kəsilməsinin şahidi olmuşam. 1992-ci il martın 2-də qətliam törədilib, şəhidləri yığanda qolları arxadan bağlanmış yandırılan insanları ərazidən çıxarmışam. O anları xatırlamaq istəmirəm, çox ağırdır".


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
22
teleqraf.com

1Mənbələr