AZ

Böyük Britaniyanın FTSE 100 indeksi rekord səviyyəyə yüksəlib

Londonda siyahıya alınmış ən böyük yüz şirkəti izləyən FTSE 100 indeksi erkən ticarətdə 1%-dən çox artaraq rekord səviyyəyə, 8480.36 bəndə yüksəlib. Ötən ilin mayında qeydə alınmış 8474 bənd səviyyəsindəki maksimum göstəricini geridə qoyub.

Teleqraf.com xəbər verir ki, səhmlər çərşənbə günü başlayan və artıq üç gündür davam edən artım tendensiyasındadır.

Bu, Böyük Britaniyada inflyasiyanın gözlənilməz şəkildə azalmasından sonra, bu il faiz dərəcələrinin bir neçə dəfə azaldılacağı ehtimalını artırıb.

Bugünkü gözləniləndən zəif pərakəndə satış göstəriciləri və cümə axşamı açıqlanan dekabr ayına dair zəif iqtisadi artım məlumatları İngiltərə Bankının bu il pul siyasətini yumşaldacağı ümidlərini daha da artırıb.


Müəllif: Mirvari Əzizova
Seçilən
1
teleqraf.com

1Mənbələr