AZ

Azərbaycan və Gürcüstan Baş nazirləri yeni səfirlik binasının ərazisinə baxış keçiriblər - FOTO - YENİLƏNİB

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın ölkəmizdəki səfirliyinin yeni binasının tikintisi üçün Bakı şəhərində ayrılmış torpaq sahəsinə baxış keçiriblər.

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin göstərişinə uyğun olaraq Nazirlər Kabinetinin 2023-cü il tarixli Sərəncamı ilə ayrılıb.

Torpaq sahəsi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşir.

13:23

Azərbaycan və Gürcüstanın baş nazirləri Bakıda Gürcüstanın yeni səfirlik binasının tikiləcəyi əraziyə baxış keçiriblər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan hökuməti yayıb.

Bildirilib ki, 3450 kv.m ərazini əhatə edəcək binanın tikintisinə yaxın vaxtlarda başlanılacaq.


Qeyd edilib ki, tikinti işlərinin aparılacağı torpaq sahəsi Gürcüstan hökumətinin nümayəndələrinə təhvil verilib.

Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan
Seçilən
8
25
apa.az

10Mənbələr