AZ

Atası Çimnazla bağlı hər şeyi danışdı -

Aktrisa Çimnaz Sultanovanın atası Mütəllim Heybətov qızının ölümündən danışıb.Metbuat.az xəbər verir ki, o, “Xəzər axşamı” verilişinə açıqlama verib. M. Heybətovun sözlərinə görə, qızının səhhətindəki problemlər anasının vəfatından sonra kəskinləşib:“Anası rəhmətə getdi, o isə ağlaya bilmirdi, böyük stres keçirdi. Sentyabrın 25-də anası dünyasını dəyişəndən sonra Çimnazın ağrıları başladı. Anasının 40 mərasiminə bir həftə qalmış vəziyyəti daha da pisləşdi, özü mənə zəng edərək “Ata, gəl, ölürəm, apar məni həkimə” dedi. Mədə-bağırsaq keçməməzliyi diaqnozu qoyuldu. Müəyyən müalicələrdən sonra evə qayıtdı. Lakin yenidən ağrıları artanda cərrahi əməliyyata ehtiyac yarandı. Cərrahlar bildirdilər ki, əməliyyatı ay yarım sonra etmək lazımdır, amma 21-ci gün onu yenidən əməliyyata aldılar. Əməliyyatdan sonra səhhəti getdikcə ağırlaşdı, ayaqları tutuldu. Halbuki xəstəxanaya öz ayaqları ilə gəlmişdi”.Daha ətraflı videoda:


Seçilən
13
1
metbuat.az

2Mənbələr