Üç "Azov" döyüşçüsü 24,5 il müddətinə azadlıqdan məhrum edilib.
Ukraynanın "Azov" Briqadasının üç döyüşçüsü Yevgeni Lavrenko, Dmitri Klusenko və Denis Fedirko 24,5 il müddətinə azadlıqdan məhrum edilib.
Qaziler.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
"Onlar iki və ya daha çox şəxsi öldürməyə cəhddə, özgənin əmlakına qəsdən ziyan vurmaqda, işğal olunmuş ərazilərdə mülki şəxslərə qarşı amansız rəftarda ittiham olunublar", - məlumatda deyilir.
"“Azov”un üç üzvü – E.Lavrenko, D.Klusenko və D.Fedirko mühakimə olunub. Cinayət əmrlərini yerinə yetirərək mülki hədəfləri atəşə tutublar. Onların hər biri 24,5 il müddətinə azadlıqdan məhrum edilib".
QAZİLER.AZ