Dövlət Gömrük Komitəsinin tabeliyində olan bir neçə idarənin külli miqdarda vergi borcu var.
Musavat.com xəbər verir ki, bu idarələr arasında borcu 200 mini keçən də var.
Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin vergiyə olan borcu 7 min manata yaxındır.
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin vergi borcu isə 1000 manatdır.
Maraqlıdır ki, Bakı Baş Gömrük İdarəsinin də vergiyə borcu yaranıb. İdarənin 23 min manatdan çox vergi borcu var imiş.
Komitənin vergiyə ən çox borcu olan idarəsi isə Baş Gömrük Mühafizə Xidmətidir. Bu xidmətin vergiyə yaranmış borcu 245 min manatdır.
Qeyd edək ki, bu idarələrə dəfələrlə vergi öhdəlikləri üzrə bəyannamələri vaxtında təqdim etməməyə görə maliyyə sanksiyası tətbiq edilib.
İlkin Muradov
Musavat.com