AZ

Paşinyandan Araik və Vardanyanla bağlı tapşırıq: Babayan mane oldu

Qarabağdan Ermənistana qaçan keçmiş separatçı rejimin “liderləri” arasında fikir ayrılığı yaranıb.

Turkustan.az xəbər verir ki, bununla bağlı “Hraparak” qəzetinin məqaləsində qeyd olunur.

Məlumata görə, İrəvandakı nümayəndələr hərbi cinayətlərdə ittiham olunduğu üçün Bakıda saxlanılan keçmiş separatçı rejim üzvlərinin məhkəməsi ilə bağlı birgə bəyanat yaymaq istəyiblər. Bəyanatda proseslə bağlı Ermənistan hakimiyyətinə çağırış da yer alıb.

Lakin bəyanatın yayılmasından bir neçə saat sonra qondarma rejimin “təhlükəsizlik şurası”nın keçmiş katibi olmuş Samvel Babayan və komandası geri çəkilib. Babayan və komandası bəyanata etiraz edib, heç kimin onların adından danışmamalı olduğunu deyiblər. Onun bu addımı Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətinin tələbi ilə etdiyi vurğulanıb.

Qeyd edək ki, bu gün hərbi cinayətlərdə ittiham olunaraq Qarabağda saxlanılıb Bakıya gətirilən Ruben Vardanyan, Arkadi Qukasyan, Arayik Arutyunyan, Bako Saakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan, Davit Manukyan, Qarik Martirosyan, Melikset Paşayan, Davit Allahverdyan, Qurgen Stepanyan, Levon Balayan, Mədət Babayan və digər şəxslərin işi üzrə məhkəmənin prosesi başlayıb./Globalinfo.az

Seçilən
2
turkustan.az

1Mənbələr