AZ

"Bunlar olduğu halda həkim üçün qarantiya yaranır" — Adil Qeybulla

"Həkimlər konkret klinik protokollar üzərindən diaqnostika və müalicə proseslərini həyata keçirməlidirlər. Hər hansı cərrahi əməliyyatın dünyada qəbul edilən müalicə üsulları bizdə də tətbiq edilməlidir".

Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib. 

"Bu gün dünyanın aparıcı profilaktik və müalicə müəssisələri ayrı-ayrı xəstəliklərə konkret yanaşmalar təsbit edib. Bütün dünyada həmin klinik protokollara əməl edilir, ona uyğun olaraq iş aparılır. Hər bir tibbi məktəb, böyük xəstəxanalar, universitet klinikaları ayrı-ayrı ölkələrin klinik protokolları ilə işləyirlər. Bunlar olduğu halda həkim üçün qarantiya yaranır. Klinik protokollar istifadə edilmədikdə hər hansı hüquqi müstəvidə mübahisəli məsələlər həkimin ziyanına işləyəcək. Düşünürəm ki, klinik protokollarla işləmək həkim üçün qarantiya və xəstənin sağalması üçün ən düzgün yoldur". 


Əfsanə Kamal
Demokrat.az
Seçilən
2
demokrat.az

1Mənbələr