AZ

BMU-da 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR

Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra 20 Yanvar hadisələri  ilə bağlı videoçarx nümayiş olunub. 
Anım tədbirində çıxış edən rektor Yaqub Piriyev 20 Yanvar hadisələrinin xalqımızın yaddaşına əbədi həkk olunduğunu, dogma vətənimizin azadlığı, şərəf və layəqətini hər şeydən uca tutaraq canından keçən qəhrəman Azərbaycan övladlarının xatirəsinin qəlbimizdə daim yaşadığını bildirib.

Faciənin bəşər tarixinə insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi yazıldığını deyən rektor 20 Yanvarı, eyni zamanda xalqımızın azadlıq uğrunda mübarizəsinin, yenilməz iradəsinin rəmzi, şərəf günü, qəhrəmanlıq səhifəsi adlandırıb. 

Yaqub Piriyev faciəyə lik siyasi qiymətin görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən verildiyini nəzərə çatdırıb. Bildirib ki, dünyaşöhrətli siyasətçi Heydər Əliyev məqsədli şəkildə SSRİ-dəki bütün vəzifələrindən uzaqlaşdırılmasına və ciddi nəzarətdə saxlanılmasına rəğmən hadisədən bir gün sonra öz həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, faciənin beynəlxalq hüquqa, humanizm prinsiplərinə zidd, siyasi rəhbərlərin xəyanəti üzündən yol verilmiş kobud siyasi səhv olduğunu açıq şəkildə bəyan edib. Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra da faciəyə siyasi-hüquqi qiymət verilməsi üçün tarixi qərarlara imza atdığını vurğulayan rektor şəhid ailələrinin, hadisədə əlil olanların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin görüldüyünü söyləyib. 

Yaqub Piriyev bildirib ki,  4 ildən artıqdır 20 Yanvar ölkəmizdə bədbin ovqatda qeyd olunmur, çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan qurtarılması, Azərbaycanın adının tarixə qalib dövlət kimi yazılmasından sonra bütün şəhidlərimizin ruhları şaddır.  

Ümumi fənlər kafedrasının professoru Abbas Seyidov isə çıxışında  xronoloji ardıcıllıqla hadisələrin baş verdiyi mürəkkəb dövrü xatırladıb, 20 Yanvar hadisələrinə aparan yolu tarixi faktlarla diqqətə çatdırıb. 

Sonda “İnformasiya texnologiyaları” ixtisasının 3-cü kurs tələbəsi Böyükxanım İbrahimova çıxış edərək faciə zamanı şəhid olanların  qəhrəmanlığının gənclər üçün vətənpərvərlik nümunəsi yaratdığını, onlarda  milli mənlik şüurunu oyatdığını,  bu cəhətdən 20 Yanvarın azadlığın rəmzi olduğunu deyib. 

Seçilən
2
3
unikal.az

4Mənbələr